ADVERTISE WITH US

Advertise on Employ.az and expand your reach.

EMPLOY.AZ is online job portal based in Azerbaijan for employers and job seekers. EMPLOY.AZ works with companies in Azerbaijan and it is the first local online portal which offers Graduate and E-Recruitment. We are growing in audience everyday! Join us and showcase your company to our visitors.

Available sizes for web advertisement:
• 230x230 Square
• 460x230 white-screen / horizontal

For more information and to discuss our advertising opportunities, please email us at info@employ.az with the subject (Advertisement)

  • to



Social Project

Biz cəmiyyətin bütün üzvlərinə xas olan ləyaqət və dəyərlərin, onların bərabər və ayrılmaz hüquqlarının, azadlıqlarının qorunmasında xüsusi missiya daşıyıcısıyıq.

Cəmiyyətimiz və dövlət orqanları istisnasız olaraq insanların hüquqlarının və azadlıqlarının ümumiliyini, ayrılmazlığını, qarşılıqlı asılılığını və əlaqəsini, heç bir ayrıseçkiliyə yol verilmədən təmin edilməsinin zəruriliyini dərk etməlidirlər.

Bütün bunları nəzərə alaraq, əlillərin hüquqlarının təmin edilməsində, onların sosial müdafiəsinin təmin olunması sahəsində mühüm addımlar atılmasına ehtiyac var. Bu zaman əlillərin hüquqlarının təmin olunmasındakı humanitar məsələlərlə yanaşı, bunun iqtisadi dividenti də nəzərə alınmalıdır.

“İş qabiliyyətini itirmiş” əlillər və fiziki qüsurlu insanların hüquqlarının təmin edilməsi, onlara qarşı bərabərhüquqluluq prinsipininin əməl olunmasına ciddi nəzarət etməklə onların işə qəbulu prosedurlarını asanlaşdırmaqla bir çox əlilin sosial müdafiəsi ilə bağlı problemləri aradan qaldırmaq mümkündür.

Fiziki məhdudiyyətli və əliliyi olan insanların hüquqları Azərbaycan Respublikasının konistitutsiyasında, BMT Baş Məclisi tərəfindən qəbul edilmiş “Əlilərin hüquqları haqqında” Konvensiyada, Azərbaycan Respublikasının “Əliliyin və uşaqların sağlamlıq imkanlarının məhdudluğunun qarşısının alınması, əlilərin sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Qanunda və digər beynəlxalq və yerli qanunvericilik aktlarında təsbit olunmuş formada qorunmalıdırlar.

Azərbaycan Respublikasının müvafiq qanunverciliyinə uyğun olaraq fəaliyyət göstərən EMPLOY şirkəti sizə əlil insanların işlə təmin olunması ilə bağlı uzunkmüddətli sosial layihəni təqdim edir.

Əgər sizin də sağlamlıq imkanlarınız məhduddursa və buna rəğmən cəmiyyətin bir parçası olmaq və özünüzə ən münasib işi tapmaq istəyirsinizsə Cvnizi info@employ.az ünvanına göndərin.

Biz dövlət və özəl sektorda fəaliyyət göstərən bir çox şirkətlə əməkdaşlıq edir və cəmiyyətdə öz mövqeyini tapmağa çalışan əlil insanlara, eyni zamanda professional işçi axtaran İnsan Resursları mütəxəssislərinə müxtəlif təklif və imkanlar təqdim edirik.

Biz əmək bazarının daima artan tələblərinə cavab vermək və hətta onu qabaqlamaq üçün səylə çalışırıq. Bizim məqsədimiz əlil insanların müasir dünyaya inteqrasiyasını dəstəkləməklə yanaşı müştərilərimiz və iş axtaran namizədlərlə uzunmüddətli və uğurlu əməkdaşlıqlar qurmaqdır.

Featured employers/recruiters