ADVERTISE WITH US

Advertise on Employ.az and expand your reach.

EMPLOY.AZ is online job portal based in Azerbaijan for employers and job seekers. EMPLOY.AZ works with companies in Azerbaijan and it is the first local online portal which offers Graduate and E-Recruitment. We are growing in audience everyday! Join us and showcase your company to our visitors.

Available sizes for web advertisement:
• 230x230 Square
• 460x230 white-screen / horizontal

For more information and to discuss our advertising opportunities, please email us at info@employ.az with the subject (Advertisement)

  • to



IELTS


IELTS

IELTS nədir?

IELTS (Beynəlxalq İngilis Dili Testləri Sistemi) bütün dünyada məşhur olan ingilis dili testidir. Hər il iki milyondan artıq insan IELTS imtahanları verir.

Bu test sizə dünyanın hər yerində yaşamaq, təhsil almaq və işləmək imkanı verir. Dünyada 8000-dən artıq təşkilat  IELTS-i qəbul edir. Əslində, IELTS bütün ölkələrin immiqrasiya məqsədləri üçün qəbul etdiyi yeganə ingilis dili testidir. 

Bu imtahan Böyük Britaniya, Avstraliya, Kanada, ABŞ, Yeni Zelandiyanın bir çox universitet, peşəkar və hökumət təşkilatları, eləcə də Avstriya, Almaniya, Fransa, İrlandiya, Hollandiya, İsveçrə, Niderland, İsrail, Honkonq, Cənubi Afrikanın tədris müəssisələri tərəfindən tanınmışdır.

IELTS sertifikatını necə almaq olar?

IELTS testinin iki versiyası var – Academic  General Training.  Academic test ingilis dilli ölkədə təhsil almaq istəyən şəxslər üçün nəzərdə tutulub. General Training test ingilis dilli ölkədə iş təcrübəsi və ya təlim proqramı keçmək, orta məktəbdə təhsil almaq və ya miqrasiya etmək istəyən şəxslər üçün nəzərdə tutulub. Bütün namizədlər eyni Listening vəSpeaking testindən keçir, lakin Reading və Writing testləri müxtəlif olur.

IELTS testi bütün dil vərdişlərini yoxlayır. Üç saatdan az bir vaxtda dinləmək, oxumaq, yazmaq və danışmaq bacarıqlarınız qiymətləndirilir. 

IELTS dörd hissədən ibarətdir – Listening (30 dəqiqə), Reading (60 dəqiqə), Writing (60 dəqiqə) və Speaking (11–14 dəqiqə). Cəmi vaxt 2 saat 45 dəqiqə edir. Listening, Reading və Writing testləri bir dəfədə verilir. Speaking testi isə eyni gündə və ya imtahan tarixindən 7 günə qədər əvvəl və ya sonra verilə bilər. 

Testin nəticələri 2 il müddətində qüvvədədir.

IELTS sertifikatı harada verilir?

http://www.britishcouncil.az 

http://grbs.com  





Featured employers/recruiters