ADVERTISE WITH US

Advertise on Employ.az and expand your reach.

EMPLOY.AZ is online job portal based in Azerbaijan for employers and job seekers. EMPLOY.AZ works with companies in Azerbaijan and it is the first local online portal which offers Graduate and E-Recruitment. We are growing in audience everyday! Join us and showcase your company to our visitors.

Available sizes for web advertisement:
• 230x230 Square
• 460x230 white-screen / horizontal

For more information and to discuss our advertising opportunities, please email us at info@employ.az with the subject (Advertisement)

  • to



GRE


GRE

GRE nədir?

GRE (Graduate Record Examinations) bir çox Amerika universitetlərinə qəbul olunmaq üçün tələb olunan imtahandır. GRE balları qəbul zamanı bakalavr dərəcəsinin transcripti, zəmanət məktublarına və magistr dərəcəsini almaq üçün digər kvalifikasiyalara əlavə kimi istifadə olunur

Şifahi və məntiqi düşünmə sizin yazılı materialı təhlil etmək və qiymətləndirmək, əldə edilmiş məlumatı sintezləşdirmək, cümlələrin komponentləri arasında əlaqəni təhlil etmək və söz ilə konsepsiyalar arasında əlaqəni müəyyən etmək bacarığınızı qiymətləndirir.

Kəmiyyət düşünməsi problemləri həll etmək, hesab, cəbr, həndəsə və verilənlərin təhlilinin əsas konsepsiyalarına diqqətinizi cəmləşdirmək qabiliyyətinizi qiymətləndirir. Azərbaycanda GRE umumi testi kağız üzərində olaraq keçirilir.

GRE sertifikatını necə almaq olar?

GRE testini yalnız advanced və yuxarı ingilis dili səviyyəsi olan şəxslərin verməsi tövsiyə olunur, belə ki testin tapşırıqları kifayət qədər çətindir. 

GRE testini verən zaman ya ümumi testi - General Test, ya da fənn testini - Subject Testskeçmək lazımdır. GRE ümumi testi imtahan verənin verbal, riyazi və analitik bacarıqlarını qiymətləndirməyə yönəlmiş və heç bir ayrıca fənn ilə əlaqəsi yoxdur.

Ümumi GRE Testi üzrə üç bal verilir: 

• Şifahi və məntiqi düşünmə 130-170 ballıq şkala üzrə qiymətləndirilir
• Kəmiyyət düşünməsi 130-170 ballıq şkala üzrə qiymətləndirilir
• Analitik yazılı dil 0-6 ballıq şkala üzrə qiymətləndirilir

 

GRE fənn testləri qəbul komissiyasına aspiranturaya daxil olan şəxslərin   müəyyən bilik sahəsi üzrə biliklərinin qiymətləndirməsinə kömək etmək üçün yaradılmışdır. Sözügedən test həm də tələbənin özünə biliyini qiymətləndirməkdə kömək edir.

GRE nəticəsi 5 il ərzində etibarlıdır.

Testi vermək üçün rəsmi saytda www.gre.org qeydiyyatdan keçmək lazımdır.





Featured employers/recruiters