BİZİMLƏ REKLAM

Employ.az-da reklaminizi yerləşdirin və əhatə dairəsini genişləndirin

EMPLOY.AZ işəgötürənlər və iş axtaranlar üçün Azərbaycanda fəaliyyət göstərən online iş portalıdır. EMPLOY.AZ Azərbaycanda şirkətlərə E-Recruitment təklif edən ilk yerli online portaldır. Sürətlə artan istifadəçi sayımıza güvənərək sizi bizə qoşulmağa və izləyicilərinizin sayını bizimlə artırmağa dəvət edirik.

Web reklam ölçüləri:
• 230x230 Kvadrat
• 460x230 ağ ekran / üfüqi

Saytımızda reklam yerləşdirməklə bağlı daha ətraflı məlumat əldə etmək üçün bizimlə əlaqə saxlayın info@employ.az mövzu ilə (Reklam)

  • to



Layihə İdarəetməsi üzrə ödənişsiz seminar


Layihə İdarəetməsi üzrə ödənişsiz seminar

Barattson sizi Layihə İdarəetməsi üzrə ödənişsiz seminara dəvət edir!

"Layihə İdarəetməsi üzrə ödənişsiz seminar " 27 Fevral 2016-ci il tarixində saat 17:00-da Barattson ofisində təşkil ediləcək.

Seminarın mövzusu: Layihə İdarəetməsi kimə və nəyə lazımdır?

Seminarın məqsədi:

İştirakçılara layihə idarəetməsinin tətbiq sahələri və onun verdiyi üstünlüklər haqqında məlumat veriləcək, bu sahədə ixtisaslaşma üçün atılacaq addımlar müzakirə ediləcəkdir. Seminarda həmçinin iştirakçıları maraqlandıran suallar cavablandırılacaqdır.

Seminarın tərkibi:

1. Layihə idarəetməsi nədir? PMI standartları və sertifikasiyası nəyə lazımdır?
2. Layihə meneceri olmaq kimə lazımdır?
3. Layihə idarəetməsi haqqında maraqlı praktiki misallar
4. Professional sertifikat almaq üçün nələr etməliyəm?
5. Sual-cavab sessiyası

Seminarın müddəti : 2 saat

Seminar zamanı iştirakçılar Layihə İdarəetməsi üzrə təlimçimiz Ramiz Məmmədli ilə təmasda olacaq və ona mövzu üzrə maraqlandıqları sualları verə biləcəklər. http://barattson.com/en/lecturers/ramiz-mammadli

Layihə İdarəetməsi üzrə ödənişsiz seminara növbəti link vasitəsilə qeydiyyatdan keçə bilərsiniz:
http://sms.barattson.com/RegisterModule/EventRegistration.aspx?cc=027648

Qaydalara əsasən sizin gəlişinizi təsdiq etməniz üçün 10 AZN məbləğində ödəniş etməniz lazımdır. Bu ödəniş depozit xarakteri daşıyır və sizin seminara gəldiyiniz təqdirdə sizə geri qaytarılır.

Ödəniş üçün 25 Fevral 2016-cı il tarixinə qədər saat 11:00-a kimi ofisimizə yaxınlaşmağınız tələb olunur.

Seminarda yalnız qeydiyyatdan düzgün keçən şəxslər iştirak edə biləcək.

Yerlər məhduddur, qeydiyyatdan keçməyə tələsin!

Əlavə məlumat üçün aşağıdakı vasitələrlə bizimlə əlaqə saxlaya bilərsiniz:

training@barattson.com
070-205-44-95