BİZİMLƏ REKLAM

Employ.az-da reklaminizi yerləşdirin və əhatə dairəsini genişləndirin

EMPLOY.AZ işəgötürənlər və iş axtaranlar üçün Azərbaycanda fəaliyyət göstərən online iş portalıdır. EMPLOY.AZ Azərbaycanda şirkətlərə E-Recruitment təklif edən ilk yerli online portaldır. Sürətlə artan istifadəçi sayımıza güvənərək sizi bizə qoşulmağa və izləyicilərinizin sayını bizimlə artırmağa dəvət edirik.

Web reklam ölçüləri:
• 230x230 Kvadrat
• 460x230 ağ ekran / üfüqi

Saytımızda reklam yerləşdirməklə bağlı daha ətraflı məlumat əldə etmək üçün bizimlə əlaqə saxlayın info@employ.az mövzu ilə (Reklam)

  • to



GMAT


GMAT

GMAT nədir? 

GMAT (Graduate Management Admission Test) – biznes və menecment sahəsində təkmilləşmək məqsədilə biznes məktəblərə, MBA proqramlarına daxil olan şəxslərin səviyyəsini və ixtisasını müəyyən etmək üçün kompüter testidir.

GMAT menecment sahəsində zəruri olan vərdişlərin yoxlanması məqsədilə işlənib hazırlanmışdır.  Lakin, o, xüsusi bilgi tələb etmir və dar ixtisaslara aidiyyəti yoxdur.

GMAT sertifikatını necə almaq olar?

GMAT 3 bölməni özünə daxil edir, bu bölmələrdən hər birinin yerinə yetirilməsinə müxtəlif vaxt müddəti ayrılır. 

 “Analitik yazı” bölməsi - AWA (Analytical Writing Assessment) kompüter vasitəsilə seçilmiş mövzu üzrə iki inşanın yazılmasını tələb edir. “Riyazi bölmə” - Quantitative Section. Testin bu hissəsinin tapşırığı – əsas riyazi vərdişləri yoxlamaqdan, riyazi konsepsiyaların başa düşülməsindən, riyazi əsaslandırma bacarığından, kəmiyyət tapşırıqlarının həll edilməsindən və qrafik tapşırıqların şərhindən ibarətdir. “Verbal bölmə” — Verbal Section. O üç mərhələdən ibarətdir: cümlələrin oxunması, tənqidi əsaslandırılması və düzəldilməsi.

GMAT imtahanına qeydiyyat  www.gmat.org saytında aparılır.